Orucluq ayı duaları

Ya Zəl Cələli vəl İkram!Ya Məlikəl Mulk! Ya Hayyu Ya Qayyum!
Ya Ərhəmər rahimin! Mərhəmətli, rəhimli olan Sənsən!
Ey uca ərşin sahibi! Zəngin olan sənsən!Biz isə fağırıq!
Ya Qaviyy! Sən güclüsən,əzəmətlisən.Biz isə zəifik ,acizik!
Ey bitməz xəzinələrin sahibi!
İbadət edilməyə layiq olan sənsən! Ey yerlərin göylərin nuru!
Kömək istənilməyə layiq olan sənsən!Ey tək olan, doğmayıb doğulmayan Rəbbimiz! Sən bəndələrini çox sevən və çox bağışlayansan Ey Rəbbimiz!
Ya Saməd! Heç nəyə möhtac olmayan Sənsən!Biz sənə möhtacıq.Sənə acizliymizi etiraf edirik!
Ya Aziz ! Güclü, izzətli olan yenədə Sənsən!
Allahım! Həmdin təkcə Sənə məxsusiyyəti naminə Səndən diləyirik.Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Təksən, heç bir şərikin yoxdur.Lütfkar və səxavətlisən! Ey səmaların və yerin Xaliqi! Ey calal, əzəmət və kəramət sahibi! Ey əbədi və əzəli olan! Səndən istəyirik!
Ya Zəl Cələli vəl İkram!
Sənə çoxlu həmd-sənalar olsun! Sənin sonsuz salamın, xeyir-duan olsun sevimli Peyğəmbərimiz Muhəmmədə (sallallahu əleyhi vəssəlləm), onun ailəsinə, səhabələrinə!
Allahım!Səndən diləyirik.Şəhadət edirik ki, Sən Allahsan, Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən Təksən, heç kəsə möhtac qalmayan, doğmayib doğulmayan və tayı bənzəri olmayansan.
Ya Azim! Əzəmətli olan yenədə Sənsən!Əzəmətinə sığınmışıq!
Bizi tək qoyma.Bizləri hər zaman inayətin altına al!
Allahım! Ya Mucib! Ya Qarib!Üç rəngli bayrağımız həmişə yüksəklərdə dalğalansın!
Vətənimzi məkir düşmənlərdən qorumag üçün sinələrini sipər etmiş, canlarını fəda etmiş şəhidlərimizin qəbirlərini nurla doldur.Dərgahında yüksək məqama yetişdir.Vətənimzin keşiyində isti-soyuq bilmədən duran əsgər və zabitlərimizi qoru,onlara güc-qüvvət ver.Sağ-salamat ailələrinə qovuşdur!
Sən bizim rəhbərimiz İlham Əliyevi qoru, işlərində müvəffəq et və uzun ömürlər bəxş et Allahım!
Allahım! Rəhbərimiz İlham Əliyevin başını hər zaman uca et Allahım!
Üç rəngli bayrağımız həmişə yüksəklərdə dalğalansın Allahım!
Sən bizim ölkəmizi məkir düşmənlərimizin hiylələrindən qoru Allahım!
Ya Rabbəl Aləmin! Vətənimizin keşiyində duran əsgər və zabitlərimizi qoru.Onlara güc-qüvvət ver.Sağ-salamat ailələrinə qovuşdur !
Ya Əfuvv ! Bağışlayan, əfv edən yenədə Sənsən.Bizi bağışla!
Ya Ğəni!  Ən zəngin , heç nəyə ehtiyacı olmayan yenədə Sənsən!
Ya Fəttəh!  Rifah verən, Öz bəndələri üçün xeyir verən və bütün qapıları açan yenədə Sənsən.Sən açdığın qapını heç kim bağlaya bilməz.Bütün xeyir qapılarını üzümüzə aç!
Ya Qadir! Hər şeyə qadir olan Sənsən.Sənin qüdrətinlə Səndən istəyirik!
Ya Quddus!  Ən pak olan Sənsən!
Ya Qarib ! Bəndələrinə yaxın olan Sənsən!
Ya Kərim! Bəndələrinə qarşı  səxavətlisən!
Ya Latif ! Bəndələrinə qarşı lütfkarsan.Lütfünlə bağışla bizi.Lütfünlə aç üzümüzə bütün xeyir qapılaırnı!
Ya Mutəal! hər şeydən yüksəyə ucalmış Sənsən.Sənin ucalığın qarşısında acizliyimizi etiraf edərək əlllərimizi Sənə açmışığ.
Ya Mucib!  dualara cavab verən Sənsən!
Ya Ğəni! Ya Qahir! Ya Qahhar!Ya Qaviyy! Ya Qadir! Ya Muqtədir!Ya Mətin!Ya Quddus! Ya Subbuh! Ya Muheymin! Ya Azizi! Ya Azim!Ya Cabbar!Ya Məlik!
Sənsən hər şeyə qadir olan.Kainatda heç bir şey Səni aciz qoya bilməz.Hər şeyə qadir olan Sənsən.Bizlərdə acizliyimizi dərk və etiraf edərək,Sənin gücünə sığınmışığ.Sən güdrətlisən bis isə aciz.Dualarımızı qəbul et.Bizləri dünya və axirət sıxıntısından qurtar!
 Allahım! Qəzəbindən və qəzəbinə düçar edəcək əməllərdən qoru bizi!Ya Mənnən!Ya Zəl Cələli vəl İkram! Ya Həyyu! Ya Qəyyum! Sənə qarşı həmişə gözəl zəndə olmağı bizə bəxş et! Sənə hər işimizdə təvəkkül etməyi bizə nəsib et! Sənə dost-doğru ümid edən bəndələrindən et bizi! Sən bizim ata və anamıza sorğu sualsiz bir başa cənnətə girməyi nəsib et!
Ey günahları üçün  və Sənə  olan sevgisindən  dolayı göz yaşı tökənləri sevən Allahım!
 Ey Sənə  təvəkkül edənlərin,etimad edənlərin  sığınağı !
 Ey möminlərin dost ve sahibi!
Ey Səni zikr edənlərin  can yoldaşı!
Ey bütün güçlülərdən  daha güçlü!
Ey kədərli çarəsizlərin qaçıb  qaçıb sığındığı!
 Ey bizə bir-birindən gözəl nemətlər bəxş edən uca Allahımız! Sən böyüksən, zənginsən, biz isə acizik!Sənin rəhmətinə çox möhtacıq!Sənin mərhəmətindən ümid üzməyib əfv diləyirik, tövbə edirik!
Ey dərdlərimizi, sıxıntılarmızı bizdən daha yaxşı bilən Rəbbimiz! Səndən hər çətin anlarımızda səbirli davranmağı istəyirik! Ya Allah! Yaşadığımız hər bir imtahanımızı  xeyirli sonluqla, bizi razı salacağın bir şəkildə bitir! Müsibətlərdən qoru bizi  Ya Hafiz! Imanımızı güclü et!
Ey Rəbbimiz! Sənin sevginə çox möhtacıq, bizləri çox sevdiyin, Sənin qatında dəyərli olan, mələklər önündə fəxr etdiyin bəndələrindən et Ya Vadud! Ya Hakim! Ya Mütəali! Bizlərə nurlu qəlblər ver! Verdiyin nemətlərə görə Sənə çox şükürlər olsun, yaratdıqlarının sayı qədər Sənə gözəl, mübarək həmd-sənalar olsun Ey Rəbbimiz, Səndən çox razıyıq, Sən də bizdən razı qal, bizləri Firdovs cənnətinlə mükafatlandır! Sənə gözəl sonluqla qovuşanlardan et bizləri, ömrümüz Sənə ibadət etməklə keçsin Ya Allah!
Ya Rəzzaq! Dünya və axirət nemətlərini istəyirik. Borclardan əziyyət çəkən kəsləri borcdan azad et! Ya Nasir! Köməyə ehtiyacı olan hər kəsin yardımçısı ol! Bütün sıxıntılarımızı aradan qaldır!
Allahım! Səndən fəzilətini və rəhmətini istəyirik. Həqiqətən, onların sahibi yalnız Sənsən!
Allahım! Günahımızı  bağışla, evimizi  geniş, ruzimizi bərəkətli et!
Allahım! Nemətinin dayanmasından, bəxş etdiyin salamatlığın dəyişməsindən, qəfil intiqamından və bütünlüklə qəzəbindən Sənə sığınırıq!
Allahım! Mal-dövlətimizi  və övladlarımızı  çoxalt və bizə  bəxş etdiklərini bərəkətli et! Ömrümüzü  Sənin itaətinlə keçirməklə uzat və əməllərimizi gözəlləşdir!Bizim günahlarımızı bağışla!
Allahım! Bərəkət, rəhmət, fəzilət və ruzi qapısını üzümüzə aç! Allahım! Səndən, üz çevirməyən və sabit qalan xoşbəxtlik diləyirik!
Allahım! Bizə yaxşılıqlarını, nemətlərini artır, əksiltmə!
Allahım! Paxıllıqdan, qorxaqlıqdan, pis ömürdən ,tüfeyli həyat sürməkdən, qəlb fitnəsindən və qəbr əzabından Sənə pənah aparırıq.!
Allahım! Səndən mərhəmətinə layiq olan əməllər sahibi olmağızı, məğfirət qapılarının açılmasını, hər bir günahdan uzaq olmağızı, hər bir xeyirxah işdən pay əldə etməyizi, Cənnətə nail olmağı və Cəhənnəm alovundan qurtuluşu diləyirik.!
Borcu olanlara borclarını ödəməkdə yardım et!
Allahım! Xoşbəxtliyimizin  zəmanəti olan dinimizi kamil et, yaşayışımızın  əsası olan dünyamı sahmana sal, qayıdış yerim olan axirətimizi  yaxşılaşdır. Həyatı bizim  üçün hər bir xeyir işdə artım və ölümü mənim üçün hər bir şər işdən qurtuluş et!
Allahım! Valideyinlərimizi bağışla,məkanlarını cənnət et!
Həyatda planlarında ömürlərini uzun və bərəkətli et!
Allahım! Kimin nə istəyi,arzusu varsa istək və arzularına çatdır!
Ya Mənnan! Nemətlərini artır bizə və bərəkətli et!
Allahım! Ya Hafiz! Sən bizim bu gözəl vətənimizi qoru!
Ya Aziz!Bizi,ailəmizi,övladlarımızı,bacı və qardaşlarımızı yolxucu , pis xəstəlikdən qoru,uzaqlaşdır bizlərdən!
Ey ən gözəl adlara sahib olan Rəbbimiz! Ey tərifə layiq olan tək Ilahımız!
Ya Malikul Mulk! Hər iki dünyada bizlərə afiyət ver! Bizləri məhrum olanlardan etmə! Günümüzü ,gecəmizi xeyirli, sevincli et və bizi pis xəstəliklərdən qoru!
Ya Allah! Sənin razılığını qazanan, sevginə layiq olan qullarından et bizləri! Ruzimizi bərəkətli, xoşbəxtliyimizi daimi, uğurlarımızı davamlı, sağlamlığımızı möhkəm et!
Ey nöqsansız, tərifə layiq olan Rəbbimiz! Sənə bol-bol həmd-sənalar olsun, verdiyin hər nemətə görə Sənə çox şükürlər olsun, əməllərimizi gözəlləşdir, Sənin razılığını qazandıran əməlləri etməkdə bizə yardım et!
Ya Fəttah! Bir-birindən gözəl, xeyirli qapılarını aç üzümüzə, hər işdə xeyirlisini ver bizlərə! Bizə saleh övladlar bəxş et, ailələrmizə xoşbəxtlik ver! Ey Rəbbimiz! Heç bir bağlı qapı qalmasın üzümüzə! Ya Allah! Quranı qəlbimizin nuru, başımızın tacı et, Quranı oxumaqda, onu dərk etməkdə, ona əməl etməkdə bizlərə yardım et! Ey Rəbbimiz! Sənə gələn yollarımızı Quran nuruyla işıqlandır!
Ya Allah!Ya Mucib! Bizi yaşatdığın müddtə ərzində qoru,sıxıntılarımızı aradan qaldır,həmişə qəlbimizə sevinc fərəh ver!Dünya həyatını bizim üçün yüngülləşdir!
Sən bizim övladlarımızı qoru,əməli-saleh qullarından et!
Allahım! Övladlarımızın imanını,dinini və digər işlərini Sənə əmanət edirik! Ən gözəl qoruyan Sənsən!
Allahım! Övladlarımızı gözümüzün nuru et! Övladlarımızın başlarını uca et! Allahım! Sən bizidə,nəslimizidə namaz qılanlardan et!
Allahım! Övladı olmayanlara gözlərinin nuru olacaq saleh övladlar bəxş et!
Allahım! Bütün müsəlmanların övladlarını islah et!
Ey Rəbbimiz! Övladlarımızı doğru yola yönəlt, onlara cansağlığı və bol ruzi bəxş et!
Ey Rəbbimiz! Övladlarımızı islah et və ucalt!
Ey Rəbbimiz! Övladlarımızı Sənə itaət edən, Səni sevən bəndələrindən et!
Ey Rəbbimiz! Övladlarımızı cin və şeytanların fitnəsindən və vəsvəsəsindən qoru!!
Bu gözəl Ramazan ayında xeyirxah işləri sahibləri,iftar süfrələri açanları,kasıblara ,imkansızlara əl tutanlarım mal-dövlətlərini bərəkətli eylə.Övladlarını da özləri kimi xeyirxah işlər sahibi elə,bol ruzli eylə,ömürlərinin sonuna kimi sağlamlıq neməti ilə mükafatlandır.
Ya Mucib! Ya Qarib! Sən bizim bu gözəl vətənimizi qoru.Əmin –amanlığız ,müstəqilliymiz, sabitlyimiz daimi olsun.Sənə şükürlər olsun ki,sabitlik və əmin-amanlıq içərisində yaşayır,oruclar tutur,namazlar qılır və Sənə həmdi-sənalar edirik.Ya Mucib!

Paylaşdı: Yaşar Qurbanov


NAMAZVAXTI.AZ
Namaz Haqqinda       Tarix: 27 mart 2025

Oxşar xəbərlər

Ayətül Kürsi Duası

Ayətül-Kürsi Qurani-Kərimin Bəqərə surəsinin 255-ci ayəsidir və islamda ən fəzilətli ayələrdən biri hesab edilir. Bu ayə Allahın böyüklüyünü, Onun hər şeyə nəzarət etdiyini və Onun tək olduğunu ifadə edir. Ayətul Kursi Oxunması

7 Fatihə, 7 Ayətəl Kursi, 7 İxlas, 7 Fələq, 7 Nəs

7 dəfə Fatihə, 7 dəfə Ayətül-Kürsi, 7 dəfə İxlas, 7 dəfə Fələq, 7 dəfə Nəs surələrinin oxunmasının fəziləti haqqında. İslamda bəzi Quran surələri və ayələrinin təkrarlanaraq oxunmasının xüsusi fəzilətləri var. 7 dəfə Fatihə

Ixlas surəsi oxunuşu və tərcüməsi

İxlas surəsi Qurani-Kərimin 112-ci surəsidir və dörd ayədən ibarətdir. Bu surə Allahın birliyini və Onun heç kimə ehtiyacı olmadığını açıq şəkildə ifadə edir. İslamda ən fəzilətli surələrdən biri hesab edilir və "Tövhi

Orucluq ayı duaları

Ya Zəl Cələli vəl İkram!Ya Məlikəl Mulk! Ya Hayyu Ya Qayyum! . Ya Ərhəmər rahimin! Mərhəmətli, rəhimli olan Sənsən! . Ey uca ərşin sahibi! Zəngin olan sənsən!Biz isə fağırıq!. Ya Qaviyy! Sən güclüsən,əzəmətlisən.Biz isə zəifi

Nəs surəsi oxunuşu və tərcüməsi

Nəs surəsi (سورة الناس) Qurani-Kərimin 114-cü və sonuncu surəsidir. Bu surə Məkkə dövründə nazil olmuş və insanları şeytanın və pis niyyətli varlıqların şərrindən qorumaq üçün oxunan əsas dualardan biri olmuşdur. Nəs surəs

Namaz sözləri

Namaz qılmaq üçün aşağıdakı addımları öncə yerinə yetirmək lazımdır:. Dəstəmaz almaq - Namazdan əvvəl dəstəmaz almaq vacibdir. Təmiz paltar geyinmək - Namaz qılarkən bədənin və paltarın təmiz olması vacibdir. Qibləyə yönəlmə

Ramazan Ayı və Qədr gecəsi haqqında

Qədr gecəsi Ramazan ayındadır. Çünki Allah Təala belə buyurur: "Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir"

Qədr gecəsi

Qədr gecəsi (əl-Qadr) surəsinin izahı:. Mərhəmətli və Rəhmli Allahın adı ilə! . 1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik! . 2. Sən haradan biləsən ki, Qədr gecəsi nədir? . 3. Qədr gecəsi min aydan xeyirlidir

Qədr gecəsi hansı günə düşür ?

Qədr gecəsi ramazan ayının bir gecəsidir. Qədr gecəsinin dəqiq nə vaxt olacağı bilinmir. Həmçinin, Qədr gecəsi hər ildə yerini dəyişə bilir. Səhih hədislərə əsasən Qədr gecəsi Ramazan ayının axır on gününün tək gecələrində