Qədr gecəsi

Qədr gecəsiQədr gecəsi (əl-Qadr) surəsinin izahı:
Mərhəmətli və Rəhmli Allahın adı ilə!
1. Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!
2. Sən haradan biləsən ki, Qədr gecəsi nədir?
3. Qədr gecəsi min aydan xeyirlidir.
4. O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər.
5. O gecə sübh açılanadək əmin-amanlıq olur.

Həqiqətən, Biz onu (Quranı) Qədr gecəsində nazil etdik!

Uca Allah bu ayədə "Biz" dedikdə, Öz əzəmətini və ucalığını bildirir. O, Qurani Kərimdə bu ayədə olduğu kimi bəzən Özünü əzəmətləndirərək "Biz" deyə zikr edir. O buyurur: "Şübhəsiz ki, Zikri Biz nazil etdik, əlbəttə, Biz də onu qoruyacağıq" (əl-Hicr, 9).
Bəzən də Öz təkliyini bildirərək "Mən" deyə zikr edir. Uca Allah buyurur: "Həqiqətən, Mən Allaham. Məndən başqa heç bir məbud yoxdur. Mənə ibadət et və Məni xatırlamaq üçün namaz qıl!" (Taha, 14).

Bu ona görədir ki, Allah həm təkdir, həm də əzəmətlidir. O ayələrdə ki, Uca Allahın sifətləri zikr edilir, həmin ayələrdə əzəmət bildirən əvəzlikdən istifadə olunur. Həmçinin, o ayələrdə ki, söhbət Uca Allahın təkliyindən gedir, həmin ayələrdə təkdə olan əvəzlikdən istifadə olunur. Allah təala Quranı Qədr gecəsində nazil etmişdir. Bu o deməkdir ki, Quran Qədr gecəsində nazil olmağa başlamışdır. Qədr gecəsi Ramazan ayındadır. Allah təala buyurur: "İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir" (əl-Bəqərə, 185). Bu və yuxarıda qeyd olunan ayələri cəm etdikdə Quranın Ramazan ayında, Qədr gecəsində nazil olması sübüt olunur. Qədr sözü şərəf, həmçinin, təqdir deməkdir. Çünki, Qədr gecəsi şərəfli, qədir-qiyməti böyük olan bir gecədir. Həmçinin, o gecə bir illik qədər təqdir edilir. Sonra Allah buyurur:

Sən haradan biləsən ki, Qədr gecəsi nədir?

Ayədəki sualın bu cür qoyuluşu haqqında soruşulan ismin əzəmətli olduğunu bildirir. Qurani Kərimdə bu cür cümlələrə çox rast gəlmək olur. Məsələn, başqa bir ayədə belə deyilir: "Səndən o Saat barəsində: "O nə vaxt qopacaq?"– deyə soruşurlar. Axı sən onu haradan biləsən?! Onu kamil bilmək sənin Rəbbinə aiddir. Sən yalnız ondan qorxanı xəbərdar edənsən" (ən-Naziat, 42-45).
Yəni sən Qədr gecəsinin şərəfini və əzəmətini haradan biləsən. Sonra Uca Allah bunu açıqlayaraq buyurur:

Qədr gecəsi min aydan xeyirlidir

Bu cümlə əvvəlki ayədəki sualın cavabıdır. Bu ayədə "xeyirlidir" dedikdə Qədr gecəsində edilən yaxşı əməlin mükafatı nəzərdə tutulur. Həmçinin, Qədr gecəsində Uca Allahın müsəlmanlara xeyir-bərəkət nazil etməsi nəzərdə tutulur. Sonra Allah təala o gecədə baş verənləri bildirərək buyurur:

O gecə Rəbbinin izni ilə mələklər və Ruh (Cəbrail) hər işə görə yerə enirlər

Qədr gecəsində mələklər tədriclə yerə enirlər. Mələklər yeddi qat səmanın sakinləridir. Ona görə də onlar yer üzü dolana qədər tədriclə yerə enirlər. O gecə mələklərin yerə enmələri Allahın mərhəmətinin, xeyir-bərəkətinin yerə nazil olmasını bildirir. Belə ki, mələklərin bir yerə daxil olmaqdan imtina etmələri həmin yerin xeyir-bərəkətdən uzaq olmasına dəlalət edir. Məsələn, Peyğəmbərin səhih hədislərində xəbər verilir ki, mələklər it və surət olan yerlərə, yəni insan və heyvan şəkli və ya heykəli olan yerlərə daxil olmazlar. Odur ki, olduğunuz yerlərə surət qoymaqla mələklərin daxil olmalarına maneçilik törətməyin!
Həmçinin, bu ayədə Ruhun, yəni Cəbrayıl adlı mələyin enməsi bildirilir. Uca Allahın onu burada xüsusi qeyd etməsi onun şərəf və fəzilətini bildirir.

O gecə sübh açılanadək əmin-amanlıq olur

O gecə mələklərin yerə enməsi sübh açılanadək davam edir. Dan yeri söküləndə isə Qədr gecəsinin vaxtı bitir. Qədr gecəsinin "salam" (əmin-amanlıq) olaraq vəsf edilməsi, o gecəni ibadətlə keçirənin günahlardan və Allahın cəzasından salamat olmasına görədir. Peyğəmbər - sallallahu aleyhi və səlləm - demişdir: "Kim Qədr gecə­sin­i imanla və mükafatını Allahdan umaraq ibadətlə keçirərsə, keçmiş gü­nah­ları bağışlanar". (əl-Buxari, 35). Şübhəsiz ki, günahların bağışlanması cəzadan salamat olmaq deməkdir.


NAMAZVAXTI.AZ
Namaz Haqqinda       Tarix: 03 mart 2025

Oxşar xəbərlər

Qədr gecəsi hansı günə düşür ?

Qədr gecəsi ramazan ayının bir gecəsidir. Qədr gecəsinin dəqiq nə vaxt olacağı bilinmir. Həmçinin, Qədr gecəsi hər ildə yerini dəyişə bilir. Səhih hədislərə əsasən Qədr gecəsi Ramazan ayının axır on gününün tək gecələrində

Ayətül Kürsi Duası

Ayətül-Kürsi Qurani-Kərimin Bəqərə surəsinin 255-ci ayəsidir və islamda ən fəzilətli ayələrdən biri hesab edilir. Bu ayə Allahın böyüklüyünü, Onun hər şeyə nəzarət etdiyini və Onun tək olduğunu ifadə edir. Ayətul Kursi Oxunması

Fələq surəsi oxunuşu və tərcüməsi

Fələq surəsi (سورة الفلق) Qurani-Kərimin 113-cü surəsidir və beş ayədən ibarətdir. Bu surə Məkkə dövründə nazil olmuşdur və qorunma dualarından biri kimi qəbul edilir. Fələq surəsi oxunuşu. Bismilləəhi-r-rah'məəni-r-rahiim

7 Fatihə, 7 Ayətəl Kursi, 7 İxlas, 7 Fələq, 7 Nəs

7 dəfə Fatihə, 7 dəfə Ayətül-Kürsi, 7 dəfə İxlas, 7 dəfə Fələq, 7 dəfə Nəs surələrinin oxunmasının fəziləti haqqında. İslamda bəzi Quran surələri və ayələrinin təkrarlanaraq oxunmasının xüsusi fəzilətləri var. 7 dəfə Fatihə

Namaz sözləri

Namaz qılmaq üçün aşağıdakı addımları öncə yerinə yetirmək lazımdır:. Dəstəmaz almaq - Namazdan əvvəl dəstəmaz almaq vacibdir. Təmiz paltar geyinmək - Namaz qılarkən bədənin və paltarın təmiz olması vacibdir. Qibləyə yönəlmə

Ixlas surəsi oxunuşu və tərcüməsi

İxlas surəsi Qurani-Kərimin 112-ci surəsidir və dörd ayədən ibarətdir. Bu surə Allahın birliyini və Onun heç kimə ehtiyacı olmadığını açıq şəkildə ifadə edir. İslamda ən fəzilətli surələrdən biri hesab edilir və "Tövhi

Nəs surəsi oxunuşu və tərcüməsi

Nəs surəsi (سورة الناس) Qurani-Kərimin 114-cü və sonuncu surəsidir. Bu surə Məkkə dövründə nazil olmuş və insanları şeytanın və pis niyyətli varlıqların şərrindən qorumaq üçün oxunan əsas dualardan biri olmuşdur. Nəs surəs

Ramazan Ayı və Qədr gecəsi haqqında

Qədr gecəsi Ramazan ayındadır. Çünki Allah Təala belə buyurur: "Ramazan elə bir aydır ki, insanlara yol göstərən, doğrunun dəlillərini ehtiva edən və doğrunu səhvdən (haqqı batildən) ayıran Quran o ayda endirilmişdir"